Expressbank yeni vakansiyalar üzrə namizədlər axtarır | Banco.az

Expressbank yeni vakansiyalar üzrə namizədlər axtarır

Banco.az portalı olaraq, Expressbank'da mövcud olan vakansiyalar barədə ətraflı məlumatı sizin diqqətinizə çatdırırıq:

1. Filial müdiri (Bakı şəhəri) 

Tələblər: 

  • Ali təhsil; 
  • Bank sahəsində 3 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir, rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir); 
  • Azərbaycan və rus dillərində səlist danışıq bacarığı; 
  • Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı; 
  • Liderlik qabiliyyətinin olması; - İdarəetmə bacarığı. 

 Vəzifə öhdəlikləri: 

  • Filialdakı satış və əməliyyat işlərini qurmaq və məhsuldar şəkildə istiqamətləndirmək; 
  • Filialda lazımi planlama və təşkilati işləri reallaşdırmaqla işlərin plana uyğun şəkildə aparılmasını təmin etmək; 
  • Filialda müştərilərə keyfiyyətli xidmət göstərmək və satışı təşkil etmək; 
  • Bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək; 
  • Filialın işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək; 
  • Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək; 
  • Potensial müştəriləri müəyyən etmək və onları əldə etməyə çalışmaq. 

2. HR mütəxəssisi 

Tələblər: 

  • Ali təhsil;
  • Analoji sahədə 2 il iş təcrübəsi; 
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək; 
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti; 

Vəzifə öhdəlikləri: 

Ən sərfəli kredit üçün müraciət et

  • İşə götürülməsi nəzərdə tutulan namizədləri müsahibə və yoxlama yolu ilə nəzərdən keçirir, xülasələri yoxlayır, onların nəticələrini toplayır və şöbənin müdirinə təqdim edir; 
  • İşə qəbul ilə bağlı elanların yerləşdirilməsini, anketlərin seçilməsini nəzarət edir; 
  • Bankda vakant vəzifələrə işçilərin seçilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi və namizədlərin sonrakı mərhələyə yönləndirilməsini nəzarət edir; 
  • Potensial namizədləri müəyyənləşdirmək məqsədi ilə daxili işçi heyətinin, əmək bazarının və işədüzəltmə agentliklərinin bazasının qiymətləndirməsində iştirak edir; 
  • Bankda işçiyə tələbat planını hazırlayır; 
  • Gənc, istedadlı namizədlərin banka cəlb edilməsi ilə əlaqədar təhsil müəssisələri ilə əməkdaşlığın aparılması məqsədilə təhsil müəssisələrində prezentasiyaların (təqdimatların) keçirilməsini təşkil edir; 
  • Kadr ehtiyatı ilə bağlı verilənlər bazasının yaradılması və mütəmadi olaraq yenilənməsini nəzarət edir; 
  • Namizədlərin işə cəlb edilməsi məqsədilə işə qəbul mənbələrinə dair təkliflər hazırlayır; 
  • Şöbənin müdiri tərəfindən verilən digər tapşırıqları icra edir və eyni sahədə fəaliyyət göstərən mütəxəssisin fəaliyyətini istiqamətləndirir. 

3. Texniki dəstək bölməsinin müdiri 

Tələblər: 

  • İT Texniki Dəstək xidmətində minimum 3 il. 

Vəzifə öhdəlikləri: 

  • Texniki Dəstək bölməsinin işinin təşkili 
  • Müraciətlərin qeydiyatı sisteminin qurulması
  • Bölmənin işçilərin KPİ hesablanması

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et