Expressbank sahibkarlara dəstək göstərməyə davam edir! | Banco.az

Expressbank sahibkarlara dəstək göstərməyə davam edir!

Hər zaman müştərilərinin qayğısına qalan və onlara bizneslərinin inkişafı istiqamətində dəstək olan Expressbank, pandemiyadan zərər çəkmiş iş adamlarına subsidiyalı kreditlər təqdim etməyə davam edir. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində Bank, cari və yeni müştərilərinə dövlət zəmanəti əsasında, güzəştli şərtlərlə və cəmi 7.5%-lə kreditlər təklif edir.

Sahibkarlara təqdim edilən kreditin maksimal məbləği 3 000 000 manat, kreditin maksimal müddəti isə 36 ayadəkdir. Bundan əlavə sahibkarları 12 ayadək güzəşt müddəti də gözləyir.

Expressbank-dan subsidiyalı kredit əldə etmək üçün sahibkarlar www.e-edf.gov.az linkinə keçid alaraq müraciət edə bilərlər.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et