Expressbank rəqəmlərdə: 2013-2014 | Banco.az

Expressbank rəqəmlərdə: 2013-2014

Expressbankın aktivləri 1 ildə 41,75% artıb. Bu haqda Bankın maliyyə hesabatlarına istinad edən Banco.az portalı məlumat verir.

2014-cü ilin sonuna olan nəticələrə əsasən Expressbankın aktivləri 41,75 faiz yüksələrək, 330, 989 mln manata çatmışdır. Həmin dövr ərzində bankın overdraftlar da daxil olmaqla kredit portfeli 17,01%, xalis kredit portfeli isə 15,95% artmışdır. Lakin Bankın məqsədli ehtiyatlarında artım daha nəzərəçarpacaq olub. Belə ki, kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün ayrılan məqsədli ehtiyatların həcmi 2014-cü ilin sonuna 2,137 mln manata çatıb.

Ötən il ərzində depozit portfelində də əhəmiyyətli dərəcədə 72,84% böyümə olub və ilin sonuna bu rəqəm 136.242 mln manata yüksəlib.

2013-cü illə müqayisədə Bankın faiz gəlirlərində 42%, faiz xərclərində isə 48% artım müşahidə olunub. Bankın qeyri-faiz gəlirləri 13,62% artdığı halda, qeyri-faiz xərcləri 24,66% yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

ExpressBank2014-2013 | Create infographics

2014-cü ilin sonuna bankın qeyri-faiz xərcləri 18 599 manat olub ki, bunun da təxminən yarısı, 9 442 manat əməkhaqqı xərclərinin payına düşür.

2014-cü ilin sonuna olan nəticələrə əsasən, Expressbankın vergidən öncəki mənfəəti 17 949 manat, vergilər ödəndikdən sonrakı xalis mənfəəti isə 14 801 manat təşkil edib.

Qeyd edək ki, ötən il Expressbank bazara yeni Smile Card taksit kartı, ExpressoCard kredit kartı kimi məhsulları təqdim etmişdir.

Həmçinin cari ildəki devalvasiyadan sonra “Fitch Ratings” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Expressbank-ın “B” reytinqini “stabil” proqnozu ilə təsdiqləyib. Builki qiymətləndirmə zamanı Azərbaycanın bir sıra iri banklarının reytinqləri endirilsə belə, Expressbankın reytinqi stabil olaraq qalıb.