Expressbank müştərilərinə 900.000 manat "cashback" qaytarıb! | Banco.az

Expressbank müştərilərinə 900.000 manat "cashback" qaytarıb!

"Xərclərinizi gəlirə çevirin" şüarı ilə istifadəçilərin rəğbət və sevgisini qazanan Expressclub yarandığı gündən bu günədək müştərilərinə 900.000 AZN vəsait qazandırıb.

"Expressbank"ın "Expresso" kartlarına sahib olaraq Expressclub-un üzvünə çevrilən hər kəs ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin 30% - dək hissəsini karta geri alırlar. Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar. Hətta, müştərilər bu imkandan Expressclub tərəfdaşı olmayan, lakin POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində faydalana bilərlər.

ExpressClub tərəfdaşlar şəbəkəsinə İrşad, KFC, Toyota Baku, KİA motors, Baku Electronics və ümumilikdə 500-ə yaxın satış və xidmət məntəqələri daxildir və burada keçirilən kampaniya və aksiyalar haqqında, həmçinin endirimlər barədə ilk olaraq xəbər tutmaları üçün müştərilərə Expressclub mobil əlavəsini də təqdim edir. (yükləmək üçün link: https://www.expressbank.az/expressclub-app ) Həmçinin, mobil tətbiq vasitəsi ilə müştərilər nə qədər "cashback" qazandıqlarını da görə bilərlər. Bankın Expressclub üzvü olan hər kəsə təqdim etdiyi bütün imkanlardan faydalanmaq üçün isə sadəcə Expressbank-ın istənilən plastik kart sahibi olması kifayətdir.

İndi isə "Expressbank"ın "Expresso" kartlarını  ilkin mədaxil ilə tam pulsuz əldə etmək mümkündür. Kampaniya çərçivəsində Expresso kartlarını əldə etmək istəyən müştərilər hesablarına minimum 250 AZN /150 USD /100 EUR /100 GBP ilkin mədaxil etməklə Expresso Standard, 500 AZN /300 USD / 200 EUR / 200 GBP mədaxil etməklə Expresso Gold, 1000 AZN /600 USD / 400 EUR / 400 GBP ilkin mədaxil etməklə isə Expresso Platinum kartını tam pulsuz şəkildə və istənilən müddətə əldə edə bilərlər. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə ən yaxın filiala yaxınlaşmaq və ya https://www.expressbank.az/cards/expresso  vasitəsi ilə kartı onlayn sifariş etmək kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Üstəlik "Expresso Platinum Visa" kart sahibləri "Lounge key" xidmətindən və əlavə olaraq 1 noyabr 2021-ci il tarixinədək 2 dəfə COVİD-19 testindən pulsuz keçə bilərlər.

Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et