Expressbank mənfəətini 4 dəfəyə yaxın artırıb - HESABAT | Banco.az

Expressbank mənfəətini 4 dəfəyə yaxın artırıb - HESABAT

“Expressbank” ASC 2018-ci ilin 9 ayını 3 milyon 155 min manat xalis mənfəət ilə başa vurub. Halbuki  Bank, ötən ilin eyni dövründə 828 min manat xalis mənfəət açıqlamışdı. Beləliklə, “Expressbank”ın xalis mənfəəti 3,8 dəfə artıb.

GƏLİRLƏRİ ARTIB

Cari ilin yanvar-sentyabr dövründə “Expressbank”ın faiz gəlirləri 23 milyon 115 min manat, qeyri-faiz gəlirləri 9 milyon 314 min manat təşkil edib. 2017-ci ilin 9 ayında “Expressbank”ın faiz gəlirləri 19 milyon 337 min manat, qeyri-faiz gəlirləri 8 milyon 500 min manat təşkil etmişdi.

Müqayisə olunan dövrdə müştərilərə verilən kreditlər 165 milyon 744 min manatdan 218 milyon 330 min manata yüksəlib.

30 Sentyabr 2017-ci il tarixində 295 milyon 369 min manat təşkil etmiş cəmi aktivlər 30 Sentyabr 2018-ci il tarixində 460 milyon 256 min manata çatıb. Aktivlərin tərkibində nağd pul və müştərilərə verilən kreditlər daha çox artıb.

Ən sərfəli kredit üçün müraciət et

30 Sentyabr 2018-ci il tarixində "Expressbank" 143 milyon 174 min manat məcmu kapitala malik olub.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et