Expressbank maliyyə monitorinqi proseslərini avtomatlaşdırıb | Banco.az

Expressbank maliyyə monitorinqi proseslərini avtomatlaşdırıb

“Expressbank” ASC cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin yüksəldilməsi məqsədi ilə «РДТЕХ» şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində,  FİCO TONBELLER şirkətinin həllər bazasında yaradılmış Siron@AML avtomatlaşdırılmış sistemin tətbiqi layihəsini yekunlaşdırıb.

Layihə çərçivəsində bankın informasiya sistemlərindən məlumatların yüklənməsi, onların daxili bank sisteminə inteqrasiyası, müvafiq yoxlamalar üzrə biznes-ssenarinin hazırlanması və sınaqdan keçirilməsi işləri tamamlanıb, bank əməkdaşları üçün Siron@AML sistemində işləyə bilməsi məqsədi ilə uğurlu təlimlər keçirilib. Xarici və yerli kontragentlər tərəfindən beynəlxalq səviyyədə tanınan sistem artıq müvəffəqiyyətlə istifadəyə verilib və banka qeyri-adi və şübhəli müştəri əməliyyatlarının avtomatlaşdırılmış ssenarilər vasitəsilə müəyyən edilməsi  imkanını yaradır.

Bankın Maliyyə əməliyyatlarının monitorinqi şöbəsinin əməkdaşları həm mövcud, həm də gələcəkdə qüvvəyə minəcək qanunvericilik tələblərinə əsasən müstəqil şəkildə Siron@AML modulunda dəyişikliklər etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın və terrorizmin maliyyələşdirilməsi kimi halları daha operativ qaydada aşkarlayıb müvafiq tədbirlər görə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et