“Expressbank”-ın Müşahidə Şurasına yeni TƏYİNAT | Banco.az

“Expressbank”-ın Müşahidə Şurasına yeni TƏYİNAT

“Expressbank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının 15 iyun 2019 – cu il tarixində növbədənkənar Ümumi Yığıncağı keçirilmişdir. Ümumi Yiğıncaq “Expressbank” ASC-nin bir sıra cari məsələlərini müzakirə edərək bankın kənar audit hesabatını təsdiq etmişdir.

Eyni zamanda “Expressbank” ASC-nin Səhmdarların Ümumi Yığıncağında Müşahidə Şurasının sədri Emin Məmmədovun istefası qəbul edilərək 02 iyul 2019-cu il tarixindən etibarən Əhəd Əbülfəz oğlu Əliyevin bankın Müşahidə Şurası sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunmuşdur. 1965-ci il təvəllüdlü Ə.Əliyev elmlər namizədidir. 2012-ci ildən “Azenco Group” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.

Ümumi Yığıncağın digər bir qərarı ilə Roksana Əfəndiyeva əvəzinə Vaqif Davudov “Expressbank” ASC-nin Müşahidə Şurasının üzvü seçilmişdir.

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bankın xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrində məlumat almaq olar.