Expressbank-ın kredit portfeli 440 milyon manatı ötüb | Banco.az

Expressbank-ın kredit portfeli 440 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Expressbank" 2024-cü ilin birinci yarısında 6 milyon 19 min manat xalis mənfəət əldə edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin iyun ayının sonuna bankın aktivlərinin həcmi 556 milyon 883 min manat olub ki, bu da illik müqayisədə 67 milyon 425 min manat və ya 13,8% çoxdur.

Belə ki, 2023-cü ilin iyulun 1-i tarixinə bankın aktivlərinin həcmi 489 milyon 458 min manat idi. 

Hesabat dövründə bankın kredit portfelinin həcmi 440 milyon 944 min manat, depozit portfelinin həcmi isə 218 milyon 362 min manat olub. Bankın kredit portfeli illik müqayisədə 90 milyon 399 min manat və ya 25,8%, depozit porfeli isə 22 milyon 324 min manat və ya 11,4% artıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram