Expressbank-ın inkişaf tendensiyası | Banco.az

Expressbank-ın inkişaf tendensiyası

1989-cu ildə “Azərnəqliyyatbank” ASC kimi fəaliyyətə başlayan “Expressbank” 2010-cu ildə adını dəyişdirərək yeni brend altında fəaliyyət göstərməyə başlamışdır. Bu strategiyanın uğurlu nəticəsi kimi “Expressbank” 2010-cu ilin dekabr ayında nüfuzlu “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award” tərəfindən ilin “Uğurlu rebrendinq” nominasiyası üzrə mükafat əldə etmişdir.

Bankda həyata keçirilən bütün bu islahatlar özünü xidmət şəbəkəsinin genişlənməsi, məhsul çeşidliliyinin artmasında göstərmişdir. Belə ki, ölkə üzrə bankın 17 filialı fəaliyyət göstərir ki, onlardan 5-i regionların payına düşür. Bununla yanaşı, bank onlayn şəkildə kommunal xidmətlərin ödənişi, kredit sifarişi və ödənişi, depozit artımı, kart sifarişi və İnternet bankinq kimi xidmətlər təklif edir ki, bu da bankın müştəri məmnuniyyətinin artırmaq məqsədi güdür. “Expressbank” Azərbaycanda ən geniş istifadə olunan Visa MasterCard kimi ödəniş sistemlərinin üzvüdür.

“Expressbank” beynəlxalq banklararası pul köçürmələrini daha sürətli həyata keçirmək üçün Almaniya, Avstriya və Rusiyanın bir sıra banklarında müxbir hesablara sahibdir. Bununla yanaşı bank Caspian Money Transfer, Contact, Lider, Monex, Western Union və Zolotaya Korona vasitəsilə təcili pul köçürməsi xidmətlərini təqdim edir.

Bankın diqqət çəkən digər bir üstünlüyü şəffaflığın təmin olunması məqsədilə mütəmadi olaraq maliyyə hesabatlarını saytda yerləşdirməsidir.

Ən sərfəli kredit üçün müraciət et

Əvvəldə qeyd olunduğu kimi bank həm hüquqi, həm də fiziki şəxslərə xidmət göstərir. Belə ki, 2011-2014-cü illər üzrə depozit portfelinə nəzər yetirdikdə, fiziki şəxslərin artan nisbi üstünlüyünü müşahidə edə bilərik.  

"Expressbank"ın depozit portfeli (min AZN)

Aydındır ki, kreditlər bank aktivlərinin xüsusi çəkisində əhəmiyyətli mövqeyə malikdir. 2011-2013-cü illər üzrə aşağıdakı göstəricilər “Expressbank”-ın "Ernst & Young" audit şirkəti tərəfindən tərtib edilmiş illik maliyyə hesabatları əsasında yazılmışdır. 

Qeyd edilməlidir ki, 2011-2013-cü illər üzrə göstəricilər illik, 2014-cü il üzrə isə rüblük tərtib edilmişdir. Bankların əsas fəaliyyət kreditlərin verilməsi və depozitlərin cəlb edilməsi olduğundan faiz gəlirləri və xərcləri onun mənfəət və zərər hesabatında əhəmiyyətli mövqe tutur. 

Dürdanə Alıyeva, Banco.az