Expressbank-ın depozit portfeli 236 milyon manatı ötüb | Banco.az

Expressbank-ın depozit portfeli 236 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Expressbank" 2024-cü ilin yanvar-sentyabr aylarında 9 milyon 175 min manat xalis mənfəət əldə edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin sentyabr ayının sonuna bankın aktivlərinin həcmi 573 milyon 655 min manat olub. Bankın aktivləri 2023-cü ilin sonu ilə müqayisədə 13 milyon 427 min manat və ya 2,4% çoxdur.

Hesabat dövründə bankın kredit portfelinin həcmi 468 milyon 202 min manat, depozit portfelinin həcmi isə 236 milyon 521 min manat olub. Bankın kredit portfeli cari ilin əvvəli ilə müqayisədə 58 milyon 949 min manat və ya 14,4%, depozit porfeli isə 6 milyon 110 min manat və ya 2,7% artıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram