Expressbank-dan rəsmi iş yeri olmayan müştərilərə müxtəlif kredit məhsulları! | Banco.az

Expressbank-dan rəsmi iş yeri olmayan müştərilərə müxtəlif kredit məhsulları!

Expressbank rəsmi iş yeri olmayan müştərilərə də müxtəlif kredit məhsulları təqdim edir. Expressbank müştəriləri heç bir arayış olmadan tək şəxsiyyət vəsiqəsi ilə qızıl və zinət əşyalarını girov qoymaqla pul krediti götürə bilirlər. Girova götürülən zaman qızıl və zinət əşyaları yüksək dəyərləndirilir və bank zəmanəti ilə tam etibarlı şəkildə qorunub-saxlanılaraq, kredit ödənildikdən sonra öz sahibinə qaytarılır. Qızıl girovlu kredit gəlirlərini təsdiq edə bilməyən müştərilər üçün əla fürsətdir.

10000 AZN-dək verilən kreditlər üzrə 6 ay güzəşt dövrü olmaqla, 30 ayadək ümumi ödəniş müddəti müştərilərə büdcələrini daha səmərəli istifadə etmək, aylıq ödənişlərinin həcmini kiçiltməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 700-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi  "Facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.