Smilecard-ın üstün cəhətlərini bilirsinizmi? Artıq alış-veriş zamanı taksitlə ödəmək üçün tərəfdaş axtarmağa gərək yoxdur.
Expressbank-ın “gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” şüarı altında təqdim olunan Smilecard taksit kartı vasitəsi ilə müştərilər bütün satış nöqtələrində xərclədikləri məbləği aylara bölərək, hissə-hissə ödəmək imkanı əldə edir.
Dünyanın istənilən yerində Smilecard ilə edilən əməliyyat zamanı (onlayn alış-veriş, POS ödənişlər və s.) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır. Bu zaman bank komissiyası müvafiq olaraq, 6% və ya 12%, kredit üzrə illik faiz dərəcəsi isə 0% təşkil edir.
Smilecard-a sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Expressbank-ın istənilən filialına yaxınlaşmaqla 3000 AZN-dək arta bilən taksit balansına malik kart əldə edə bilərlər. Kart müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. Smilecard-ın digər üstünlüklərindən biri də - ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadə etmə imkanıdır, özü də 20%-dək “cashback” ilə. Smilecard haqqında ətraflı məlumat almaq və online sifariş etmək üçün linkə daxil ola bilərsiniz.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi "Facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.