Expressbank 2023-cü il ərzində həyata keçirdiyi uğurlu layihələrə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən 4 nominasiyada mükafatlandırılıb.
Qeyd edək ki, hər il keçirilən müsabiqə, maliyyə institutlarının illik fəaliyyət nəticələri üzrə Assosiasiyanın ekspertləri tərəfindən qiymətləndirilir. Ötən il Bank tərəfindən müxtəlif korporativ sosial məsuliyyət layihələri, təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri həyata keçirilib. Məhz bu fəaliyyətinə əsasən bank "Korporativ sosial məsuliyyət", "Maliyyə savadlılığı dəstəkçisi", "Təhsil dəstəkçisi" və "Özünüməşğulluq proqramında iştirak" nominasiyaları üzrə qaliblərdən olub.
“Expressbank” ASC Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
“Expressbank” - İşiniz rahat getsin!