Expressbankın müştəriləri bankın mobil tətbiqi vasitəsilə pulu kartdan digər karta necə köçürmək olar?
Bankın mobil tətbiqinə daxil olduqdan sonra aşağıdakı ardıcıllıqla əməliyyatı həyata keçirə bilərsiniz:
1. Ödənişlər bölməsinə keçin;
2. Növbəti mərhələdə köçürmələr kateqoriyasından "Karta mədaxil" xidmətinə daxil olun;
3. Açılan pəncərədən pulu göndərən kartı seçin;
4. Alan kart hissədə "digər kart"ı seçərək alan kartın 16 rəqəmli kodu, pulu alanın ad və soyadını, göndərilən məbləğ və valyutanı qeyd edin;
5. "Növbəti" düyməsini basdıqdan sonra məlumatlara yenidən nəzər yetirin;
6. Sonda "Ödəmək" düyməsini klikləməklə əməliyyatı tamamlayın.
Digər bankların mobil tətbiqi vasitəsilə kartdan karta pul köçürmə (card to card) xidməti ilə buradan tanış ola bilərsiniz.
Tahir Əsgərli və Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!