“Express Bank”ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək | Banco.az

“Express Bank”ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

20 iyul 2026-cı il tarixində, saat 16:00-da Bankın Bakı şəhəri, Xocalı prospekti 37 (Dəmirçi Plaza, 8-ci mərtəbə) ünvanında yerləşən ofisində “Expressbank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcəkdir. 

Yığıncağın gündəliyinə daxil edilmiş məsələ:

“Expressbank” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci maliyyə ilinin yekunları üzrə kənar audit tərəfindən təsdiqlənmiş hesabatına baxılması.

Gündəliyə daxil edilmiş məsələlərə aid materiallarla tanış olmaq üçün bankın yuxarıda qeyd edilən inzibati ofisinə müraciət edə bilərsiniz.