“Expo 2020 Dubai” təxirə salındı | Banco.az

“Expo 2020 Dubai” təxirə salındı

Beynəlxalq Sərgilər Bürosu “Expo 2020 Dubai” beynəlxalq sərgi şousunu bir il müddətinə təxirə salındığını açıqlayıb.

Təşkilatçılar bu qərarı BƏƏ hökumətinin və sərgi iştirakçılarının koronavirus pandemiyasının yaratdığı şəraitlə bağlı müraciətinə cavab olaraq qəbul edib.

Beləliklə, əvvəlcədən 20 oktyabr 2020-ci ildən 20 aprel 2021-ci il tarixinədək təşkil edilməsi planlaşdırılan sərgi artıq 2021-ci ilin oktyabrında başlayacaq və 21 mart 2022-ci il tarixinə qədər keçiriləcək.

Sərginin 11 milyona yaxın ziyarətçi cəlb edəcəyi gözlənilirdi. 

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et