“EvMobil” sığorta paketi - AtaSığorta | Banco.az

“EvMobil” sığorta paketi - AtaSığorta

EvMobil nədir?

EvMobil sığorta paketi - “AtaSığorta” ASC-nin öz müştərilərinin istifadəsinə verdiyi ən yeni məhsullardan biridir. Adından da məlum olduğu kimi, paket özündə iki sığorta məhsulunu – ev və avtomobil sığortalarını birləşdirir.

“EvMobil” almaq üçün 5 səbəb

• Siz, EvMobil sığorta paketi çərçivəsində “AtaSığorta”ya müraciət edib sığorta müqaviləsi imzaladığınız andaca hədiyyə qazanırsınız.
• Belə ki, əgər siz evinizi və avtomobilinizi könüllü sığortalayırsınızsa, bu zaman hər iki sığorta müqaviləsi üzrə icbari sığortalarınızı, yəni evinizin (əmlakınızın) və avtomobilinizin icbari sığortasını "AtaSığorta"dan pulsuz əldə edirsiniz.
• Evmobil sığorta paketi çərçivəsində əmlakınızı və avtomobilinizi əsas risklərdən sığortalamış olursunuz.
• Sizə aidiyyəti bütün sığorta məsələləri ilə bağlı keyfiyyətli xidmət göstərilir.
• Siz əvvəlki maliyyə vəziyyətinə qayıtmanız üçün maddi kompensasiya ilə təmin olunursunuz.

Sərfəli şərtlər!

Könüllü Əmlak sığortası
Sığorta tarifi: 0,25 %
Şərtsiz azadolma (franşiza) – Yanğın, zəlzələ və vulkan püskürməsi riski üzrə şərtsiz azadolma ümumi sığorta məbləğinin 2%-ni, digər bütün risklər üzrə isə ümumi sığorta məbləğinin 1%-ni təşkil edir.
Sığorta riskləri: Yanğın, ildırım, partlayış, zəlzələ, fırtına və tufan, daxili su (su rezervuarlarının, istilik sisteminin, su kəmərinin, kanalizasiya şəbəkəsinin və boruların partlaması və ya onlardan sızma və daşma)
Əmlak sığortası “AtaSığorta” ASC-nin “Əmlakın yanğından və digər risklərdən sığortası” qaydalarına uyğun olaraq aparılır.

Könüllü avtomobil sığortası
Sığorta tarifi avtomobillərin mühərrik həcmlərindən asılı olaraq aşağıdakı cədvəl üzrə seçilir:

Minik avtomobillərinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri mühərriklərinin həcminə görə:

Avtomobilin dəyərinin:

50 sm3 – 1500 sm3

3,17%

1501  sm3 – 2000  sm3

3,25%

2 001 sm3 – 2500  sm3

3,33%

2501  sm3 – 3000  sm3

3,42%

3001  sm3 – 3500  sm3

3,50%

3501  sm3  – 4000  sm3

3,58%

4001  sm3  – 4500  sm3

3,67%

4501  sm3  – 5000  sm3

3,75%

5000  sm3  - dən çox

3,83%

Ən sərfəli kredit üçün müraciət et

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Göstərilən tariflər dəyəri 30 000 AZN-ə qədər və istehsal ili 2008-ci ildən yuxarı olan avtomobillərə tətbiq olunur.

Şərtsiz azadolma: Dəyəri 25 000 AZN-ə qədər olan avtomobillər üzrə 100 AZN, 25 000 AZN-dən yuxarı olan avtomobillər üzrə dəyərin 1 %-i həcmində.
Tam itki halında sığorta məbləğinin 10% miqdarında tətbiq olunur.
Kommersiya məqsədi ilə istifadə olunan sığorta obyektləri üzrə tam məhv olma halında şərtsiz azadolma, sığorta məbləğinin 20%-i həcmində tətbiq edilir.

Mənbə: fins.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et