Evdən işləyənlər bunlara əməl etməlidir - Məsləhət | Banco.az

Evdən işləyənlər bunlara əməl etməlidir - Məsləhət

Koronavirusun yayılması səbəbindən minlərlə insan evdən işləyir. Evdən işləməyin fiziki problemlər yarada biləcəyindən, gündəlik sadə idman hərəkətləri etmək bel, boyun və onurğanın sağlamlığı üçün çox vacibdir.

“HaberGlobal” məlumat verir ki, professor-fizioterapevt Semih Akın daima fiziki fəaliyyətlə məşğul olan insanlarda boyun ağrısının az olduğunu deyib.

O, boyunun sağlamlığı üçün iş yerində olduğu kimi evdə də uyğun masa və oturacağın olmasının vacibliyini qeyd edib. Masa və oturacaq ekranın göz səviyyəsində olmaq üçün tənzimlənməlidir.

 

Həkim evdən işləyən insanlara iş arası bəzi sadə idman hərəkətləri etmələrini tövsiyə edir:

Çiyinlər qulaq səviyyəsinə qədər qaldırılır. (Bu 5 dəfə təkrarlanmalıdır). Bundan əlavə, çiyinlər arxaya doğru gərgin formada birləşdirilməli və beş saniyə bu vəziyyətdə qalmalıdır.

Üzü aşağı yatmamalıdır. Uyğun yastıq seçilməlidir.

Psixi stress dərəcəsi azaldılmalıdır. Boyun bölgəsindəki gərginliklər əzələ gərginliyinə səbəb ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Telefon baş və çiyin arasında sıxışdırılmamalıdır. Telefonda çox danışılırsa, qulaqlıq mikrofondan istifadə edilməlidir.

Dişlərinizi bir-birinə sıxmamağa çalışın. Dişləri sıxmaq boyun əzələlərini gərə bilər.

oxu

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et