"Evdə tək" filmi haqqında az bilinən maraqlı faktlar | Banco.az

"Evdə tək" filmi haqqında az bilinən maraqlı faktlar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kino tarixində unudulmaz yeri olan "Evdə tək" filmləri tamaşaçılara əyləncə dolu anlar yaşatmaqla yanaşı, bir çox unudulmaz səhnə və anlarla da yaddaşlara həkk olunub. Macəra dolu hekayəsi, gülməli personajları və gözlənilməz hadisələri ilə bu film seriyası illər keçdikcə populyarlığını itirmir. Bu məqalədə "Evdə tək" seriyası haqqında az bilinən maraqlı faktlar barədə məlumat hazırlamışıq.

1. İlk filmin ssenarisi cəmi doqquz günə yazılıb

1989-cu ildə kinorejissor Con Hughes Avropaya ailəvi tətil üçün evdən çıxmazdan əvvəl öz-özünə zarafatla deyirdi ki, evdə uşaqları unutmamalıyam. O, fikrini yazıb və məzuniyyətdən qayıdan kimi dərhal filmin ərsəyə gətirilməsi üzərində işə başlayıb.

2. "Evdə Tək 3" filmi 1998-ci ildə ən pis davam filmi kimi "Qızıl Moruq" nominasiyasına namizəd olub

3. Filmin kiçik ulduzu Makaley Kalkinin qardaşı da "Evdə tək" filmində rol alıb

Makaleyin qardaşı Kieran Kevinin kiçik əmisi oğlu Fuller rolunu oynayıb. O zaman Kieran cəmi yeddi, Makaley isə on yaşında idi və o, qardaşının "Evdə Tək"in ulduzu olduğunu bilmirdi. Əslində, o, filmin süjetindən belə xəbərdar deyildi. Kieran "Evdə Tək 2: Nyu Yorkda İtirilmiş" filmində Fuller rolunu oynamağa davam edib. O, bu filmdə çox mühüm rol oynayıb, çünki Kevinin evdə tək qaldığını ilk fərq edən o idi.

4. Donald Tramp "Evdə Tək 2: Nyu Yorkda İtirilmiş" filmində kiçik rol alıb

5. Con Kendi "Evdə Tək" filmindəki roluna görə cəmi 414 dollar alıb

Kendi "Evdə tək" filmində Qas Polinski rolunu oynayıb. Ancaq "Evdə tək" filminin rejissorunun sözlərinə görə, o, 1990-cı illərdə komediya aktyoru kimi zirvəsinə çatmasına baxmayaraq, filmdə ən az maaş alan aktyorlardan biri olduğuna görə məyus idi. 

Ən sərfəli kredit üçün müraciət et

6. Kevin və ailəsinin filmdə yaşadığı ev ABŞ-ın İllinoys ştatının Vinnetka şəhərində yerləşir

"Evdə tək" filminin çəkilişindən sonra evdə çox şey dəyişib. Avtomobil yolu artıq orada deyil. Həmçinin film üçün xüsusi olaraq tikilmiş ağac ev də artıq orada yoxdur.

7. "Evdə tək" filminin bəzi səhnələri orta məktəbin idman zalında çəkilib

Evin içərisində film çəkilişləri yerin kiçik olması səbəbilə çəkiliş qrupu üçün bir yük idi. Bu səbəblə onlar bəzi səhnələri "New Trier Township High School"un idman zalında çəkiblər. 

8. Marvın üzündəki tarantula real idi

Marvın üzünə tarantula qoyduğu səhnədə əslində mexaniki oyuncaqdan istifadə ediləcəkdi. Lakin sonradan rejissor bu oyuncağın o qədər də real görünmədiyinə qərar verib. Buna görə də, çəkilişdə canlı hörümçəkdən istifadə edilib. 

9. "Evdə Tək" filminin demək olar ki, bütün səhnələrində qırmızı və yaşıl rənglərdən istifadə olunub

Filmdə qırmızı və yaşıl rəng divar kağızlarından tutmuş stasionar telefonlara qədər, demək olar ki, hər yerdə var. Bunun isə bir səbəbi vardı, çünki "Evdə Tək" bir Milad filmidir. Milad enerjisini ən yaxşı əks etdirən rənglər isə qırmızı və yaşıldır.

10. Filmdəki süni qar kartofdan hazırlanıb

O zaman texnologiya çox inkişaf etməmişdi və qar yağanda çəkiliş aparmaq o qədər də asan deyildi. Buna görə də qar əvəzinə kartof istifadə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et