Ev təsərrüfatlarına kredit qoyuluşları 10%-dək artıb | Banco.az

Ev təsərrüfatlarına kredit qoyuluşları 10%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin 1 aprel tarixinə ev təsərrüfatlarına kredit qoyuluşu 18 milyard 305.6 milyon manat təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu sektora kredit qoyuluşları illik müqayisədə 1 milyard 635.2 milyon manat və ya 9,8% artıb.

Sektora kredit qoyuluşları aylıq müqayisədə isə cüzi – 0,03% azalıb.

2025-ci ilin eyni dövründə ev təsərrüfatlarına verilən kreditlərin həcmi 16 milyard 670,4 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram