EUR/USD və GBP/USD məzənnələri yenidən düşə bilər | Banco.az

EUR/USD və GBP/USD məzənnələri yenidən düşə bilər

Beynəlxalq maliyyə bazarlarında ABŞ-dan mənfi göstəricilərin dolların ucuzlaşmasına təsir etməsi investorların diqqət mərkəzindədir.

 

ABŞ-dan mənfi göstəricilər və dolların ucuzlaşması. 

Amerikanın sənaye sektorunda böhranın başlamasına dair açıqlanan fundamental göstəricilərdən sonra aparıcı valyutaların dollara nisbətən qiymətlərində bahalaşma müşahidə edilib. 

Lakin Amerika Mərkəzi bankının faiz dərəcəsinin yüksək olması və qlobal siyasi və iqtisadi risklərin artığı bir şəraitində, dollara olan tələb yüksək olaraq qalır. Beləliklə, EUR/USD və GBP/USD məzənnələri yenidən ucuzlaşa bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Avrozona, İngiltərə və ABŞ-dan önəmli göstəricilər açıqlanacaq. 

Bununla yanaşı, Bakı vaxtı ilə saat 12:00-da Avrozona və 12:30-da İngiltərədən açıqlanacaq xidmət sektoruna, saat 16:30-da isə Amerikanın xarici ticarət balansına dair önəmli fundamental məlumatlar da diqqət mərkəzində olacaqdır. 

Yeni Breksit qanunun qəbulu və Laqardın çıxışı gözlənilir. 

İngiltərə parlamentində yeni Breksit qanunun qəbulu və Avropa Mərkəzi Bankının gələcək sədri Kristin Laqardın Brüsseldə çıxışı da investorlar tərəfindən böyük maraqla izlənilir. 

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et