EuroMoney Azərbaycanın ən yaxşı bankını seçdi | Banco.az

EuroMoney Azərbaycanın ən yaxşı bankını seçdi

AccessBank Londonda Euromoney Nəşriyyat Qrupu tərəfindən hər il keçirilən “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. Bu nominasiyada Bank artıq beşinci ildir ki, bu mükafatı qazanır.

Maliyyə dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan Euromoney mükafatı dünyanın 100-dən artıq ölkəsində aparıcı banklara və maliyyə təşkilatlarına təqdim olunur. Mükafat bankın nəticələri, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin müşahidələri nəticəsində əldə olunan məlumatlar əsasında təqdim edilir. 

AccessBank-ın Baş Meneceri Michael Hoffmann mükafatı şərh edərək deyib: "Euromoney kimi nüfuzlu maliyyə nəşriyyatı tərəfindən Azərbaycanın ən yaxşı Bankı adına layiq görülmək Bank üçün böyük nailiyyətdir. Bu, Bankın komandasının öz işinə olan sadiqliyin və gərgin əməyin göstəricisidir. Eyni zamanda, mən bütün Azərbaycan üzrə minlərlə müştərilərimizə bizə göstərdikləri etimada və sadiqliyə görə minnətdarlığımı bildirirəm”. 

Euromoney qrupuna, maliyyələşdirmə və bankçılıq üzrə ixtisaslaşan 100-ə yaxın müxtəlif şirkət daxildir. Şirkətin əsasını qoyan "Euromoney" jurnalı 1969-cu ildən etibarən qrup tərəfindən nəşr edilir. 

Ən sərfəli kredit üçün müraciət et

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidən Qurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 2000 artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib. 

Daha ətraflı məlumat almaq üçün Nigar Məmmədova ilə əlaqə saxlaya bilərsiniz: (99412) 490 80 10, 408 23 87 və ya [email protected] 

Ən sərfəli krediti almaq üçün müraciət et