Sürətlə böyüyən kompüter və Blockchain şəbəkələrinin ən vacib problemlərindən biri məlumatların saxlanmasıdır. Ethereum-un təsisçisi Vitalik Baterin son vaxtlar gündəmdə olan “istifadəçilərin ödəniş edərək şəbəkəyə dəstək olması” mövzusunda yeni prinsiplərini açıqlayıb.
Baterin Ethereum bloqunda istifadəçilərin məlumatlarını saxladıqları Ethereum Blockchain sahələri üçün icarəyə götürdüyü bir sistemdən (sharding) bəhs edib.
“Sharding” fikri Ethereum Blockchain platformasının şəbəkə üzərində məlumatların saxlanılmasının çətinliyindən dolayı meydana çıxdı. Problemin qaynağı hər kəsin ödənişsiz bir sahəsi olduğundan sistemin aşırı istifadəsidir. Tərtibatçılar gedişatı yaxşı qiymətləndirmir və bunun üçün çoxlu səbəbləri var.
Ethereum Blockchain əsaslı tətbiqlərin və ICO-ların artması Ethereum tədqiqatçılarını narahat edir. Ethereum-un tərtibatçısı Raul Conson “Twitter”-də belə paylaşım edib:
“Bilirəm, “kirayə” ifadəsini eşitmək kiminsə xoşuna gəlmir, ancaq bu barədə danışmaq məcburiyyətindəyik. Mümkün olan ən qısa müddətdə core və ağıllı müqavilə tərtibatçılarıyla bir araya gəlib, problemin həlli barədə danışmaq lazımdır. Mövcud sistem davamlı deyil”.
Baterin lizinqlərin sadə hesablama ilə edilə biləcəyini bildirib. Əgər istifadəçi məlumatlarını uzun müddət saxlamaq istəyirsə, bir limit təyin olunacaq və o limiti aşan hər bir məlumat üçün icarə haqqı ödəməlidir. Məlumatlar istifadəçilərin hesab balansları və ya statistikaformasında ola bilər. Hal-hazırda Blockchain qovşaqları olan kompüterlərdə 5 GB-a qədər məlumat saxlanıla bilər.
Baterinin digər diqqət çəkən fikri isə Ethereum-un həcmlənə bilməsi ilə bağlıdır. Bu, həyata keçdikdə qovşağı atan kompüterin bütün tarixi qeydləri saxlamasına ehtiyac olmayacaq. Digər problem isə kirayə qarşılığında məlumatın nə qədər müddətdə saxlanılacağı və keçmiş məlumatların necə müəyyən ediləcəyi ilə bağlıdır. Baterin bu problemin həlli üçün kriptoqrafik üsul olan “Merkle proof”-dan istifadə ediləcəyini və “dövlət” məlumatlarının heç vaxt itməyəcəyini açıqlayıb.
Təbii ki, bir çox böyük kriptovalyuta investoru və Blockchain tətbiqinin idarəediciləri vergi ödəmək istəmədikləri kimi, kirayə də ödəmək istəməzlər. Lakin böyük miqyaslı məlumatların saxlanılması ödəniş qarşılığında olarsa, sistem daha az məlumat saxlayacağına görə daha sürətli olacaq. Buna görə, kirayə sisteminin fayda verəcəyi gözlənilir. Bəzi mütəxəssislər Bitcoin-in də kirayə sistemindən istifadə etməsinin vacibliyini qeyd edir.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.