“Ethereum 8 min dollardan 10 min dollara qədər yüksələ bilər” | Banco.az

“Ethereum 8 min dollardan 10 min dollara qədər yüksələ bilər”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Kriptovalyuta ekosistemində bütün diqqət “Ethereum Dencun” yeniləməsinə tuşlanmışdı. Təxminən 475 milyard dollarlıq bazar dəyəri ilə dünyanın ikinci ən böyük kriptovalyutası olan Ethereum üçün hesablamalar kriptovalyutanın bu il 10 min dolları keçə biləcəyini proqnozlaşdırır.

Banco.az xəbər verir ki, təxminən 475 milyard dollar bazar dəyəri ilə Bitcoin-dən sonra dünyanın ən böyük kriptovalyutası olan Ethereum fevral ayını 22 ayın ən yüksək səviyyələrində tamamlayan və mart ayı etibarilə 3 min dollarlıq həddi keçərək yüksəlişini davam etdirib.

Mövzu ilə bağlı qiymətləndirmələrini paylaşan Gate.TR CEO-su Kafkas Sönmez bildirib ki, Kripto ekosistemində deyildiyi kimi 'hard fork' olan bu yeniləmə Ethereum-un gələcək səyahətində mühüm mərhələ olacaq və ekosistem üçün yeni bir dövr açacaq.

“Martın 13-də EIP-4844 adlı təkmilləşdirmə nəticəsində Ethereum şəbəkəsinin səmərəliliyi və miqyası  əhəmiyyətli bir irəliləyiş əldə edəcək. Bu yeniləmə ilə Ethereum şəbəkəsi “proto-danksharding” adlı yeni bir xüsusiyyət təqdim edəcək. Bu xüsusiyyət əsasən daha çox blok sahəsini əlçatan edir.  Layer-2 miqyaslı həllər zəncirdən kənarda daha çox əməliyyatı səmərəli şəkildə emal etmək potensialını istifadəçilərə qazandıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Bu  yeniləmə ilə Ethereum sosial finans məsələlərindən tutmuş oyun sənayesinə qədər geniş çeşiddə tətbiqlərin inkişafı üçün daha uyğun bir blokçeynə çevriləcək”.

Kafkaz Sönmez qeyd edib ki, proqnozlara görə, Ethereum 2024-cü il üçün 8 min dollardan 10 min dollara qədər qiymətə yüksələ bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et