Eston mətbuatı “İnanılmaz Azərbaycan”dan yazdı | Banco.az

Eston mətbuatı “İnanılmaz Azərbaycan”dan yazdı

Estoniya mətbuatı Azərbaycanın rəqəmsal, texnoloji yeniliklərinidən bəhs edən “İnanılmaz Azərbaycan: icbari Mobil İD, m-rezidentlik, dövlətlərarasırəqəmsal imzalar” başlıqlı məqalə dərc edib. Məqalədə qeyd edilib ki,  Azərbaycanda əmək müqavilələri yalnız elektron qaydada həyata keçirilir. Ölkədə fəaliyyət göstərən bütün mobil operatorlar Mobil-İD xidmətləri göstərirlər.

Estoniyanın www.postimees.ee saytında dərc olunan məqalədə Azərbaycan-Estoniya Ticarət Palatasının sədri Yana Krimpenin də mövqeyi öyrənilib. O xüsusi ilə Asan İmza texnologiyasının başlıca üstünlüklərində danışıb.

Məqalədə Azexport elektron satış platformasından və Rəqəmsal Ticarət Qovşağından da danışılıb. Bildirilib ki, Azexport portalı sahibkarlar üçün ixrac prosedurlarınısadələşdirib. Bu vasitə ilə kiçik və orta sahibkarların işləri yüngülləşmiş olur. 

“Azexport portalı Alibaba, e-Bay və allbiz kimi iri portallara inteqrasiya olunub. Bu əməkdaşlıq sayəsində təkcə 3 ay ərzində Azexport portalı vasitəsi ilə 100 million dollarlıq ixrac təklifi olunub.” 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə,  Eston dilində dərc olunan məqalə artıq rus və ingilis dillərinə də tərcümə olunub.

http://tehnika.postimees.ee/4097171/uskumatu-aserbaidzaan-kohustuslik-mobiil-id-mresidentsus-riikideulesed-digiallkirjad

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Əlaqə:

Zənurə Talıbova- PR menecer, Telefon: (012) 521 34 96, (050) 295 86 88

Məsumə Talıbova, Media mütəxəssis ,Telefon: (012) 521 33 18, (050) 295 86 89                                                                         

Ünvan: Bakı şəh., Neftçilər Pr.24 , Dalğa Plaza BM. ( AZ1095 )

E-mail: [email protected]

Web:http://iqtisadiislahat.org/contact-us

http://ereforms.org/contact-us

http://ecoreform.az/contact-us

https://www.facebook.com/iqtisadiislahat/

https://twitter.com/iqtisadiislahat

https://www.youtube.com/channel/UCRqqwouYQ0a5VVfEyLJe4pw