Uğurlu karyera sahibi olmaq üçün iş strategiyası kimi, görünüş də mühüm əhəmiyyət kəsb edir. Geyim sözsüz ki, qadının daxili dünyasından, zərafətindən xəbər verir.
Işgüzar xanımlar isə imiclərinə nə qədər çox diqqət yetirsələr bir o qədər yaxşı olar.
Gəlin müxtəlif formalarda təklif olunan iş obrazlarını nəzərədən keçirək.
- Dizə qədər olan ətəkləri düzgün boyunbağı ilə tamamlasanız, ideal görüntü əldə edəcəksiniz. Həmçinin, müxtəlif sənəd və siyahıları daşıya bilmək üçün münasib çanta seçsəniz daha yaxşı olar.
2. Poçtalyon çantalar və alçaqdaban çəkmələr sizə daha rahat hərəkət etməyə imkan vercəcək. Bəzək əşyalarını isə özünüz tamamlaya bilərsiniz.
3. Bu kombin isə bank işçiləri üçün daha uyğundur. Kim deyir ki, maliyyəçilərə solğun görüntü xasdır? Neytral geyim hissələrini maraqlı detallarla uyğunlaşdırsanız, orta əla görüntü çıxacaq.
4. Klassik görüntü üçün tünd rəngli şalvarlara həmişə öncüllük verilib. Müxtəlif rəngli və parlaq aksesuarlar əlavə edə bilərsiniz.
5. Bu geyim dəsti isə əsasən gallerist xanımlar üçündür.
6. Müəllimlərimizi də unutmamışıq. Dərs prosesində həddən artıq formallıq həm sizi, həm də şagirdləri yora bilər.
7. Həkimlər üçün nəzərdə tutulmuş bu kombin də rahatlığı ilə seçilir. Bu peşənin sahibləri bəzək əşyalarından az istifadə etsələr yaxşıdır.