Əsas məbləği 10 min dollardan çox olan kreditlərə kompensasiya ödənilə bilərmi? | Banco.az

Əsas məbləği 10 min dollardan çox olan kreditlərə kompensasiya ödənilə bilərmi?

Bu həftə bəzi problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır. Bununla yanaşı, bir sıra suallar hələ də gündəmdədir:


May ayında kompensasiyaların verilməsi bitir və əsas məbləği 10 min dollardan çox olan kreditlərə kompensasiya ödənilə bilərmi?

Bildiyiniz kimi, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) mart ayında əsas məbləği 10 min dollardan çox olan kreditlərə differensial olaraq kompensasiyanın verilməsi barədə təkliflərini hökumətə təqdim edib. Yəni, biz 10 min dollardan çox olan kreditlərin ilk 10 min dollarına kompensasiyanın hesablanmasının tərəfdarıyıq. Məsələn, vətəndaşın 12 min dollar krediti olub və indiki qaydalara əsasən o kompensasiyadan yararlana bilmir. Biz təklif edirik ki, həmin kredit xəttinin 10 min dollarına kompensasiya hesablansın. Bu ay kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq bizim təkliflər qəbul olunarsa və rəsmi qərar olarsa o halda 10 min dollardan artıq kreditlərə kompensasiya ödənilə bilər. Belə ki, proses ilin sonunadək davam edəcək. Buna görə də, rəsmi qərar olarsa bu halda ilin sonunadək istənilən zaman bu kompensasiyaların ödənilməsi mümkündür. Qeyd edək ki, belə qərar qəbul ediləcəyi halda böyük maliyyə yükü yaranmır və büdcənin mövcud imkanları ilə bunu etmək mümkündür. Buna görə də, ümid etmək istərdik ki, bu təklifimiz də qəbul olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et