Ərzaqlıq buğdanın alış qiyməti müəyyənləşib | Banco.az

Ərzaqlıq buğdanın alış qiyməti müəyyənləşib

2023-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 450 manat/ton olaraq müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanının icrası istiqamətində işlər davam etdirilir.

Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti 2009-cu il 7 iyul tarixli 105 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et