Müəllif - Aida İsaq, Banco.az
İqtisadiyyatı nisbətən aşağı səviyyədə olan ölkələrdə ərzaq problemi getdikcə daha da dərinləşir.
Banco.az xəbər verir ki, bunu BVF və Dünya Bankının Vaşinqtonda keçirilən yaz konfransı çərçivəsində Beynəlxalq Valyuta Fondunun (BVF) fiskal əlaqələr departamentinin rəhbəri Paulo Medas bildirib. O, xüsusilə ərzaq qiymətləri və ərzaq təchizatı ilə bağlı qanun pozuntularından narahatlığını qeyd edib. BVF təmsilçisinin sözlərinə görə, Rusiya və Ukraynadan taxıl tədarükünün kəsilməsi ərzaq məhsullarının qiymətinin kəskin artmasına səbəb olub.
Bizi sosial şəbəkələrdən izləyin!!