Erkən rezervasıya haqqında HƏR ŞEY | Banco.az

Erkən rezervasıya haqqında HƏR ŞEY

Tanış olun, Ninja Parents -  sözün əsl mənasında travel addicts və balaca uşaqlarla səyahətə çıxmaqdan qorxmayan bir ailə.  Ailənin anası Eva Səfərova erkən rezervasiya nədir, hansı tarixləri əhatə edir, necə edək ki, fərqli turizm şirkətləri tərəfindən aldanmayaq və ən yaxşı təklifləri vaxtında dəyərləndirək kimi suallara cavab verdi.

Bugünki mövzumuz erkən rezervasiyalarla bağlı olacaq. Belə ki, erkən rezervasiya dekabr ayının əvvəllərindən növbəti ilin mart ayının ortalarına qədər davam edir. Erkən rezervasiya zamanı iri turizm operatorları Türkiyənin Antalya, Bodrum, Kuşadası və Marmaris kimi bölgələrinə ən yaxşı qiymətlərlə tur paketlər satırlar.

Bu tur paketlər adətən 7 gecə 8 günlük paketlər olur və tərkibinə aviabilet (gediş-dönüş, çamadan daxil), transfer (hava limanından otelə aparmaq və əksinə), oteldə 7 gecə gecələmə, AI (All Inclusive, gündə 5 dəfə) qidalanma və sığorta daxil olur.


Fərqli turizm şirkətlərinin təklif etdiyi qiymətlərə aldanmamaq üçün aşağıdakılara mütləq diqqət edin:

Sonda aldığınız nəticəni isə özlüyünüzdə analiz edin və ortaq məxrəcə gəlin.

Qeyd edim ki, əgər turizm agentliklərinin qiymət təklifləri arasında 500 USD-dən daha çox fərq varsa turizm agentliyinin güvənirliliyinə biraz ehtiyatla yanaşın. Turizm agentliyinin auditoriyası, tanınması, xitab etdiyi kütləyə əsasən qiymət fərqinin olması son dərəcə normaldır.

Eyni zamanda rezervasiyanızı etdikdən sonra, mütləq şəkildə otelnən əlaqə saxlayıb, rezervasiyanızın mövcudluğunu yoxlamağı unutmayın. Bunun üçün isə ən ucuz və rahat format SKYPE Call abunəliyidir. Belə ki, aylıq 10 USD ödəniş etməklə, siz xaricə olan danışıqlarda çox ucuz və uzun müddətli danışa bilərsiniz (axırıncı dəfə 45 dəqiqəyə qədər danışmışam).


Ninja Parents

Ən sərfəli krediti almaq üçün müraciət et