Ericsson İsveçdə 1,2 min işçini ixtisar edəcək | Banco.az

Ericsson İsveçdə 1,2 min işçini ixtisar edəcək

Müəllif: Fərid İslamov/Banco.az

Telekommunikasiya avadanlığı istehsalçısı Ericsson AB İsveçdə təxminən 1,2 min iş yerini ixtisar edəcək və xərclərə qənaət etmək üçün bir sıra digər tədbirlər görəcək.

“Əvvəlcədən məlumat verildiyi kimi, biz 2024-cü ildə çətin mobil şəbəkə bazarını proqnozlaşdırırıq və müştərilərimiz ehtiyatlı davrandıqca satış həcminin azalacağını gözləyirik”, - deyə şirkət mətbuat şərhində bildirib.

Bununla əlaqədar olaraq, Ericsson texnoloji liderliyini qorumaq üçün zəruri olan sahələrə investisiya qoymağa davam etməklə yanaşı, xərcləri azaltmaq niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Xərclərin azaldılması üçün digər tədbirlərə işçilərin ixtisarı ilə yanaşı, əməliyyat proseslərinin optimallaşdırılması və istehsal gücünün azaldılması daxildir, şirkət qeyd edir.

2023-cü ilin sonuna olan məlumata görə, Ericsson-un qlobal işçi qüvvəsi 99,95 min nəfər olub və İsveçdə 14 mindən az işçi çalışıb.

Ericsson səhmləri bazar ertəsi ticarətdə 0,8% ucuzlaşıb. Son 12 ayda onların dəyəri 8,5% azalıb.

 

Ən sərfəli krediti almaq üçün müraciət et