Ərəblərdən Hindistana tarixi sərmayə | Banco.az

Ərəblərdən Hindistana tarixi sərmayə

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco”, Hindistanda neft-kimya sənayesinə 75 milyard dollar sərmayə yatırıb. Bu miqdar Hindistan tarixinin bu günə qədər gördüyü ən yüksək xarici sərmayə miqdarıdır.

Səudiyyə Ərəbistanının neft şirkəti “Aramco”, Hindistanın neft-kimya şirkəti “Reliance Industries”in 20%-ini 75 milyard dollara satın alıb. “Marja” “Financial Times”a istinadən xəbər verir ki, şirkət dünyada ən varlı hindistanlı Mukesh Ambaniyə aiddir.

Ambaniyə görə, Səudiyyə karal ailəsinin xərclədiyi 75 milyard dollarlıq ödəniş bu günə qədər Hindistana birdəfəyə yatırılan ən böyük miqdarlı xarici sərmayədir.

Ən sərfəli kredit üçün müraciət et

Səudiyyəlilər “Reliance”ə neft-kimya sənayesində istifadə edilməsi üçün gündəlik 500 min barel neft təmin edəcəklər.

Qlobal neft qiymətlərinin aşağı bir səviyyədə olması Səudiyyə Ərəbistanının əlavə gəlir mənbəyi yaratmaq üçün yeni axtarışlara yönəldir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et