Ərdoğan: "Mərkəzi Bankın endirdiyi faiz kifayət deyil" | Banco.az

Ərdoğan: "Mərkəzi Bankın endirdiyi faiz kifayət deyil"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Mərkəzi Bankın (TCMB) faizi 425 bənd azaldaraq 24%-dən 19,75%-ə endirməsinin kifayət olmadığını bildirib.

Ərdoğan, "Bu (TCMB faiz endirimi) da kifayət deyil" deyərək sözlərinə belə davam edib.

"İlin sonuna qədər faizin endirilməsinin mərhələli olaraq davam etməsi lazımdır. Faiz dərəcələrindəki kəskin azalmaların iqtisadiyyatı alt-üst edəcəyini deyirdilər. 425 bənd endi. Batdıq!? Xeyr. Bazarlar vəziyyəti çox normal qarşıladı. Biz burada dünyaya baxacağıq. Bu gün ABŞ-da, Yaponiyada, Avropada faiz nisbətləri nədir, bir baxaq. Faiz düşdükcə inflyasiya da düşər", - ifadələrini istifadə edib.

Ərdoğan qeyd edib ki, "iqtisadi artım məsələsi bizim üçün hər zamankından daha qiymətli hala gəlib". 

Ən sərfəli kredit üçün müraciət et

"Faizlərinin düşməsi, bir müddətdir səngiyən iqtisadiyyatımızın dirçəlməsi anlamına gələcəkdir. İnvestisiyaların və məşğulluğun artdığını görəcəksiniz",- Türkiyə Prezidenti bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Murat Çetinkaya vəzifədən azad edilərək yerinə müavini Murat Uysal təyin olunub. Dünən Murat Uysalın iştirakı ilə Mərkəzi Bank il faiz qərarını verib. Qərara görə, faiz 425 bənd azaldılaraq 24%-dən 19,75%-ə endiriilib. 

Mərkəzi Bank açıqlamasında qeyd edib ki, inflyasiyada yaxşılaşma (azlma) davam edir. Proqnozlar inflyasiyanın düşəcəyini göstərir. Bankın İdarə heyəti inflyasiyaya təsir edən bütün faktorları nəzərə alaraq, pul siyasəti faizini 425 bənd endirilməsinə qərar vermişdir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et