Türkiyə prezidenti "Rəcəb Tayyib Ərdoğan, Beştepe-də səfirlər qarşısında etdiyi çıxışında,"Türkiyə iqtisadiyyatı bir hücum ilə qarşı-qarşıyadır" deyib.
Ərdoğan, "Valyuta kursundakı proseslərin iqtisadi əsası yoxdur, hücumların daha bir müddət də davam edəcəyi açıqdır" şəklində danışıb.
Prezident Ərdoğan, "Təmkinli şəkildə atdığımız və atacağımız addımlar var, kimsənin sistemi ləngitməsinə imkan vermərik. Türkiyənin iqtisadi dinamikləri möhkəmdir. Valyuta məzənnəsinin iqtisadiyyat içində məqbul səviyyəsi nədirsə ən qısa zamanda oraya gələcək. Azad bazar iqtisadiyyatı prinsiplərindən heç vaxt güzəştə getməyəcəyik" deyib.
Ərdoğan, "Valyuta kursundakı proseslərin iqtisadi əsası yoxdur, ölkəmizə təcavüz xarakteri daşıyır. Dünya Ticarət Təşkilatı var, atılan addımların bu təşkilatın tələbləri ilə əlaqəsi varmı? "Mən etdiyim olacaq" deyə bilmərsən. İstədiyin qədər Prezident ol. Axşam yatıb səhər durub dəmir və polada bu qədər vergi qoydum deyə bilmərsən. Bir tərəfdən strateji ortaq olacaqsan, digər tərəfdən ayağına güllə atacaqsan. Belə bir şeylə barışa bilərikmi?",- deyib.
Ərdoğanın açıqlamasından sonra Dollar yenidən 7 lirəyə qalxıb. Bakı vaxtı ilə saat 15:30-da Dollar/Lirə məzənnəsi 7,0040 olub. Səhər saatlarında 7,22 səviyyəsini test edən məzənnə Türkiyə Mərkəzi Bankının qərarlarından sonra 6.60 səviyyələrinədək geriləmişdi. Bu gün Türk Lirəsi Dollar qarşısında 9% dəyərdən düşüb.
marja.az