EnterpriseAzerbaijan.com və Microsoft Layihə idarəetməsi mövzusunda təlim keçirib | Banco.az

EnterpriseAzerbaijan.com və Microsoft Layihə idarəetməsi mövzusunda təlim keçirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində EnterpriseAzerbaijan portalı və Microsoft şirkətinin birgə təşkilatçılığı ilə Layihə idarəetmə sistemləri mövzusunda təlim keçirilib. Microsoft şirkətinin mütəxəssisi Marko Zaysın apardığı təlimdə əsasən layihə idarəetmə sistemləri,  layihə idarəetməsindəki yeni trendlər, hökumət layihələri portfelinin idarə edilməsində layihə idarəetmə sistemləri mövzularından danışılıb.

 Bildirilib ki, layihə idarəetmə sisteminin düzgün qurulması görüləcək işə uğurlu start və qarşıya qoyulan hədəflərə zamana qənaət etməklə daha sistematik, o cümlədən daha səmərəli yolla çatmaq deməkdir. Həm dövlət, həm də özəl qurumların nümayəndələrinin iştirak etdiyi təlimdə müasir iş yerindəki tendensiyalar, işgüzar intellekt, inkişaf etmiş analitika və məlumat vizuallaşdırılmasının vacibliyi barədə də fikir mübadiləsi aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və  “Microsoft Azerbaijan” şirkəti arasında imzalanan əməkdaşlıq haqqında memoranduma əsasən tərəflər mütəmadi olaraq kadr potensialından əməkdaşlıq prosesində birgə istifadə üçün şərait yaradır. Azərbaycan Respublikasında İKT sektorunun inkişafı məqsədilə birgə proqram, konfrans, təlim və seminarlar həyata keçirirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et