"Enterprise Azerbaijan"ın Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib | Banco.az

"Enterprise Azerbaijan"ın Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Enterprise Azerbaijan portalının ABŞ-ın Nevada Universiteti ilə əməkdaşlıq çərçivəsində yaratdığı “StartUp School” layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

“StartUp School” layihəsinin növbəti mərhələsində görüləcək işlərə dair onlayn müzakirə təşkil olunub.    

Onlayn müzakirədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin direktoru Mehmet Tosun, Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva və məktəbin yaradılmasında iştirak edən Amerika Birləşmiş Ştatlarından, Türkiyədən, İsraildən, Polşadan və Azərbaycandan olan ekspertlər layihə ilə bağlı ilkin təqdimatı müzakirə ediblər.

Təqdimatın ardınca “StartUp School” üçün tədris kurikulumu və sillabuslar təhlil olunub, yeni yaradılan saytın iş prinsipləri müzakirə olunub. Aparılan danışıqların yekun qərarına görə qeydiyyat və tədrisə başlamaq üçün son tamamlama işləri həyata keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Startap məktəbinin tərəfdəşları həm də Türkiyənin OSTİM Texnologiya Universitetinin “Sahibkarlıq və Liderlik Mərkəzi”, İsrail Azərbaycan Ticarət və Sənaye Palatası, Azərbaycandan KOBİA, Dövlət Məşğulluq Agentliyi, “Sabah.lab” İnkubasiya və Akselerasiya Mərkəzidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et