Enerji şirkətlərinin əlavə gəlirləri vergiyə cəlb olunacaq | Banco.az

Enerji şirkətlərinin əlavə gəlirləri vergiyə cəlb olunacaq

Müəllif - Aida İsaq, Banco.az

Yunanıstan hakimiyyəti yaranan böhran çərçivəsində enerji şirkətlərinin əldə etdiyi izafi mənfəətin 90 faizini vergiyə cəlb etmək qərarına gəlib. 

Banco.az xəbər verir ki, bu barədə Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas məlumat verib.

"Biz 2021-ci ilin oktyabrından 2022-ci ilin iyununa qədər enerji şirkətlərinin əldə etdiyi əlavə mənfəətdən 90 faiz retroaktiv vergi tətbiq edən Avropa İttifaqının ilk üzv dövlətiyik" deyə  Kostas Skrekas bildirib.

Onun sözlərinə görə, Enerji Qurumunun (RAE) təxmini mənfəətinə əsasən, göstərilən dövr üçün yığım məbləği 373,55 milyon avro təşkil edəcək. Nazir vəsaitlərin Enerji Keçid fonduna köçürüləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Skrekasın bundan öncəki açıqlamasına görə, Yunanıstan son aylarda Avropa Komissiyasının yanacağa tələbatı könüllü olaraq 15 faiz azaltmaq təklifi çərçivəsində qaza tələbatı 14 faizdən çox azaltmağa nail olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et