Enerji nəhəngi rekord səviyyədə mənfəət əldə etdi | Banco.az

Enerji nəhəngi rekord səviyyədə mənfəət əldə etdi

Müəllif - Aida İsaq, Banco.az

Britaniya-Hollandiya enerji nəhəngi “Shell” 2022-ci ildə 40 milyard dollarlıq rekord gəlir əldə edib.

Banco.az xəbər verir ki, şirkətin ötən illə müqayisədə mənfəəti iki dəfədən çox artıb. Eyni zamanda müvafiq göstərici 2008-ci ildə qeydə alınan 31 milyard dollarlıq rekord səviyyəni yeniləyib. Bununla yanaşı, 2022-ci ilin dördüncü rübündə mayeləşdirilmiş təbii qaz (LNG) satışından əldə olunan gəlirlərin kəskin artması fonunda “Shell”in mənfəəti də rekord səviyyəyə çataraq 9,8 milyard dollara yüksəlib.

Şirkətin rekord gəlir əldə etməsi enerji resurslarının maya dəyərinin qlobal artımı, neft emalı və ticarət biznesinin yüksək gəlirliliyi ilə əlaqələndirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram