Enerji nəhəngi "BP"nin mənfəəti 50 faiz azalıb | Banco.az

Enerji nəhəngi "BP"nin mənfəəti 50 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2023-cü ildə “BP”nin mənfəəti 50 faiz azalıb.

Banco.az xəbər verir ki, Britaniyanın enerji nəhəngi “BP” maliyyə hesabatını açıqlayıb.

Hesabata görə, şirkətin ötən ilin dördüncü rübündəki mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq 2,9 milyard dollar hesablanıb.

Şirkətin mənfəəti ötən il ümumilikdə isə 2022-ci illə müqayisədə 50 faiz azalaraq 13,8 milyard dollara düşüb.

Qeyd edək ki, “BP”nin mənfəəti ötən rübdə azalsa da analitiklərin proqnozlarını üstələyib. Belə ki, analitiklər bu dövr üçün 2,6 milyard dollar mənfəət gözləyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et