Enerji böhranı yoxsul ölkələr üçün vəziyyəti daha da qəlizləşdirib | Banco.az

Enerji böhranı yoxsul ölkələr üçün vəziyyəti daha da qəlizləşdirib

Müəllif - Aida İsaq, Banco.az

Avropanın enerji böhranı yanacaq çatışmazlığı ilə üzləşən yoxsul ölkələr üçün vəziyyəti daha da qəlizləşdirib.

Avropa İttifaqının (Aİ) külli miqdarda neft alışını həyata keçirməsi də, vəziyyətdə dəyişiklik yarada bilməyib.

Banco.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri məlumat yayıb. Nəşr bildirir ki, Rusiyadan tədarüklərin məhdudlaşdırılması region ölkələrini əlavə mənbə axtarmağa tələsdirdi. Nəticədə Hindistan və Braziliya öz iqtisadiyyatları üçün kifayət qədər qaz əldə edə bilməyərək idxalı azaltmaq məcburiyyətində qaldı. Banqladeş və Pakistan da alışla bağlı problemlər yaşadı. Eyni zamanda, Aİ yaşıl siyasətin gerçəkləşdirilməsi fonunda yoxsul ölkələrə maliyyə dəstəyini məhdudlaşdırmağa çalışır.

Nəşr bu il kasıb ölkələrdə vəziyyətin heç bir şəkildə dəyişməyəcəyi qənaətinə gəlib. Avropaya xaricdən tədarükdə artımının gözlənilmədiyi səbəbi ilə, region mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündən asılı qalmağa davam edəcək. İqtisadiyyatı zəif olan ölkələrin isə yoxsulluqdan çıxmaq və quraqlıqla mübarizə aparmaq üçün enerji ehtiyacı artmağa davam edəcək. Bununla yanaşı, məlumata görə, Qərb ölkələrinin yoxsul dövlətlərə qaz infrastrukturunun qurulması üçün maliyyə vəsaitinin ayrılmasına tərəfdar olmadığı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram