Enerji böhranı bu tarixdə həllini tapa bilər | Banco.az

Enerji böhranı bu tarixdə həllini tapa bilər

Tamara Mustafayeva, Banco.az

Avropada enerji böhranının öz həllini tapacağı tarix bəlli olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı "Citigroup"un Əmtəə Tədqiqatları üzrə Qlobal Direktoru Ed Morsa görə, Avropadakı enerji böhranına ancaq 2025-2027-ci illər aralığında son qoyula bilər.

"Biz ən yaxşı halda 2025-2027-ci illər aralığında Avropada qiymətlərin 2021-ci ilin əvvəlindəki səviyyələrinə qayıtdığını görəcəyik. Mayeləşdirilmiş təbii qazın ixrac potensialı bir gecədə ərsəyə gəlmir", deyə o bildirib.

Xatırladaq ki, Avropa İttifaqının (Aİ) energetika nazirləri məhz bu məsələləri müzakirə etmək üçün sabah Brüsseldə görüşəcəklər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram