Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Memorandum imzalanıb.
Banco.az xəbər verir ki, bu barədə Energetika Naziri Pərviz Şahbazov öz rəsmi Tvitter səhifəsində məlumat verib.
Nazir qeyd edib ki, aşağı karbonlu və dayanıqlı inkişaf məqsədli bu əməkdaşlıq yaşıl enerjinin inkişafına, elektrik stansiyalarında səmərəliliyin artırılmasına və CO2-nin azaldılmasına töhfə verəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!