Energetika Nazirliyi biznes mərkəzini tərk edir | Banco.az

Energetika Nazirliyi biznes mərkəzini tərk edir

Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı “Çinar Plaza” biznes mərkəzini tərk edir.

Məlumata görə, nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək.

Artıq qurumun bəzi şöbələrinin yeri dəyişdirilib. Mərhələlərdə həyata keçirilən köçmə prosesi gələn ay başa çatacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Hökumət Evinin 2-ci və 9-cu mərtəbələri Energetika Nazirliyinə məxsus olub. Həmin mərtəbələrdə aparılan təmir işləri ilə əlaqədar nazirlik “Çinar Plaza”nın 12, 14 və 16-cı mərtəbələrinə köçmüşdü. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et