Ənənəvi reklam modelləri rəqəmsal dövrdə aktuallığını qoruyur | Banco.az

Ənənəvi reklam modelləri rəqəmsal dövrdə aktuallığını qoruyur

Müəllif: Gülnar Əhmədli, Banco.az

Texnologiyanın sürətli inkişafına və rəqəmsal marketinqin geniş yayılmasına baxmayaraq, ənənəvi reklam modelləri hələ də şirkətlər üçün vacib marketinq vasitələrindən biri hesab olunur. Televiziya, radio, jurnal və açıq hava reklamları uzun illərdir brendlərin geniş auditoriyaya çatmasında mühüm rol oynayır.

Mütəxəssislərin fikrincə, ənənəvi reklamın əsas üstünlüyü onun kütləvi təsir gücünə malik olmasıdır. Xüsusilə televiziya reklamları qısa müddətdə milyonlarla insana çatmaq imkanı yaradır. Radio reklamları isə gündəlik həyatın bir hissəsi olaraq avtomobil sürən və ya iş zamanı dinləyicilərə birbaşa təsir göstərir.

Qəzet və jurnal reklamları daha çox müəyyən auditoriyaya yönəlmiş məlumat təqdim etmək üçün istifadə olunur. Açıq hava reklamları dayanacaq lövhələri və şəhər mərkəzlərində yerləşdirilən vizual reklamlar isə insanların diqqətini tez cəlb etməsi ilə seçilir. Bu reklam formaları marka tanınmasını artırmaq baxımından effektiv hesab edilir.

Ekspertlər bildirirlər ki, ənənəvi reklam modellərinin ən böyük çatışmazlıqlarından biri nəticələrin dəqiq ölçülməsinin çətin olmasıdır. Bundan əlavə, bu reklam üsulları rəqəmsal platformalarla müqayisədə daha yüksək büdcə tələb edə bilər. Buna baxmayaraq, böyük şirkətlər etibarlılıq və geniş auditoriya üstünlüyünə görə ənənəvi reklamlardan istifadəni davam etdirirlər.

Müasir marketinq strategiyalarında ən uğurlu yanaşmanın ənənəvi və rəqəmsal reklam üsullarının birlikdə tətbiq olunması olduğu qeyd edilir. Şirkətlər televiziya və açıq hava reklamlarını sosial media kampaniyaları ilə birləşdirərək həm geniş auditoriyaya çatır, həm də hədəf kütlə ilə daha effektiv əlaqə qurur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram