Ən yüksək maaş alan dünya liderləri – Siyahı | Banco.az

Ən yüksək maaş alan dünya liderləri – Siyahı

Müəllif:Ayşən İmanova/Banco.az

“Visual Capitalist” portalı müxtəlif mənbələrdən əldə edilən məlumatlara əsaslanaraq, ən yüksək maaş alan dünya liderlərinin onluğunu dərc edib.

Banco.az xəbər verir ki, siyahıda cari il üçün ən yüksək illik əməkhaqqıya sahib lider Sinqapurun Baş naziri Lourens Vonqdur. Onun bu ilin yekununda ümumilikdə il ərzində maaşının məbləği 1,6 milyon dollar müəyyənləşib.

İkinci yerdə 695 min dollar maaşla Honq-Konqun icraçı direktoru Con Li Kaçhiu gəlir.

İsveçrə prezidenti Viola Amherd 530 min dollar maaşla üçüncü yerdə qərarlaşıb.

ABŞ prezidenti Co Bayden illik 400 min dollar gəlirlə siyahıda dördüncüdür.

Avstraliyanın baş naziri Entoni Albanese isə beşinci yerdədir. Onun gəliri ildə 390 min dollardır.

Sonrakı yerlərdə Almaniya kansleri Olaf Şolz (367 min dollar), Avropa Komissiyasının sədri Ursula fon der Leyen (364 min dollar), Avstriya kansleri Karl Nehammer (307 min dollar), Kanadanın baş naziri Castin Trüdo (292 min dollar), Yeni Zelandiyanın baş naziri Kristofer Lakson (288 min dollar) qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, maaşlar ABŞ dolları ilə hesablanıb və təxminidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et