Müəllif:Mehin Qasımova/Banco.az
Mercer tərəfindən hər il nəşr olunan araşdırmalarının nəticələri açıqlanıb.
Banco.az xəbər verir ki, araşdırmada səhiyyə, təhsil, infrastruktur və sosial-mədəni amillər kimi müxtəlif meyarlar nəzərə alınıb.
Siyahıda ilk 10 şəhərə Qərbi Avropadan yeddi, Sakit okeandan iki və Şimali Amerikadan bir şəhər daxildir. Zəngin tarixi, təsirli arxitekturası və canlı mədəniyyət mənzərəsi ilə seçilən Avstriyanın paytaxtı Vyana sakinlərinə yüksək həyat standartı təklif etdiyi üçün yenidən siyahıya başçılıq edir. Ən aşağı həyat keyfiyyətinə malik şəhərlər sırasıyla 241-ci yerdə Sudanın paytaxtı Xartum, İraqın paytaxtı Bağdad və Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidir. Vyanadan sonra yaşamaq üçün ən əlverişli şəhərlər bunlardır:
Sürix, İsveçrə
Oklend, Yeni Zelandiya
Kopenhagen, Danimarka
Cenevrə, İsveçrə
Frankfurt, Almaniya
Münhen, Almaniya
Vankuver, Kanada
Sidney, Avstraliya
Düsseldorf, Almaniya
Bizi sosial şəbəkələrdən izləyin!!