Ən yeni şərtlərlə: Təhsil Krediti | Banco.az

Ən yeni şərtlərlə: Təhsil Krediti

Magistratura üzrə ixtisas seçimləri başladığı andan bakalavrları ən çox maraqlandıran mövzü - illik təhsil haqqı mövzusu oldu.

Hətta keçən il ilə müqayisədə bu il bir çox universitetlərin təhsil haqqılarında olan qiymət artımı əsasən sosial şəbəkələrdə mübahisələrə belə yol açdı.  Hər il bu səbəbdən təhsildən imtina edən gənclərimiz az deyil. Son zamanlar kredit şərtlərinin çətinləşməsi də onları narahat edən məsələlərdən birinə çevrilir.

Həmçinin bax:  Hansı banklar təhsil kreditləri verir? - Yeni 2021

Bu vəziyyəti nəzərə alan banklar tələbələrin arzularını reallaşdırmaq məqsədilə bir çox banklar Təhsil və ya Tələbə krediti adi altında xüsusi məhsullar təqdim edirlər.  Beləliklə, əziz tələbələr, arzularınızdan imtina etmək məcburiyyətində deyilsiz. Sizə ən sərfəli bankı seçməklə xəyallarınızdakı təhsilə yiyələnə bilərsiz.

Banco.az  sizə bankların ən sərfəli şərtlərlə təklif etdiyi Təhsil kreditlərini təqdim edir.

 

Qeyd edək ki, BankOfBaku bakalavr dərəsəsinə qəbul olan abituriyentlərə də xüsusi təkliflər edir.  Belə ki, bakalavr dərəcəsinə qəbul olmuş tələbələr üçün təklif olunan, təhsil ingilis dilində olanda – 11 000 AZN, digər dildə olduqda isə - 8500 AZN təşkil edir.

ADA universitetinin tələbələri üçün isə xüsusi güzəştlər mövcuddur!

Bu zaman kredit ADA universitetinin tələbələrinə və ya tələbənin 1-ci dərəcəli qohumuna ayrıla bilər.

Tələb olunan sənədlər isə bunlardır:

  • Borcalanın şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti
  • Borcalanın yaşayış yerindən arayış (borcalan tələbə özü olmasa da tələbənin yaşayış yerindən arayış tələb edilməlidir)
  • Ərizəçinin (tələbənin) doğum haqqında şəhadətnaməsi
  • Tələbənin tələbə biletinin və məqbul kitabçasının (və ya onların əvəzedicilərinin) surəti 
  • Tələbənin ADA ilə təhsilin ödənişli əsaslarla olması haqqında müqaviləsinin surəti
  • Təhsil haqqının ödənilməsi haqqında ADA tərəfindən verilən hesab-faktura
  • Mərkəzi Bankın Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış 
  • Kreditə müraciət ərizəsi
  • Ali məktəbin müvafiq pilləsinə daxil olması haqqında arayış

 

Ən sərfəli kredit üçün müraciət et

Bank Of Baku sizə ilkin odənişdə də xüsusi güzəştlər təklif edir!

Belə ki, Təhsil haqqı və digər xərclər üçün verilən kreditlərin hər biri üçün:   min. 15%.
 

İnternaturada təhsil haqqının ödənilməsi üçün:    ilkin ödəniş tələb olunmur.

 

DəmirBank da təminat ilə bağlı şərtlər daha fərqlidi

1. 3-cü şəxsin zaminliyi. Zaminin aylıq gəliri 100 AZN-dən çox olmalıdır.

2. Kreditin məbləği 5000 AZN-dən artıq olduqda sabit girov (daşınmaz əmlak, qızıl, zinnət əşyaları ) tələb olunur.

  Tələb edilən sənədlər isə aşağıdakı kimidir:

1.şəxsiyyət vəsiqəsi

2. iş yerindən arayış

3. digər gəlir mənbələrini təsdiq edən sənədlər

4. zaminin şəxsiyyətini və gəlirini təsdiq edən sənədlər

5. təhsil müəssisə tərəfindən təqdim edilən qaimə-arayış

6. sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün digər sənədlər.

 

Sonda isə qeyd etmək gərəkdir ki, gənclərə dəstək olduqları üçün bir sıra etibarlı bankların bu tip sərfəli məhsul təqdim etmələri təqdirə layiqdir!

Müəllif: Fidan Maqbet qızı