Ən yaxşı smartfonlar açıqlanıb | Banco.az

Ən yaxşı smartfonlar açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Yüksək səviyyəli smartfon bazarında liderliyini qoruyan brendlər məlum olub.

Banco.az xəbər verir ki, bu barədə “Canalys” analitikləri “Twitter”də məlumat paylaşıb. Beləliklə,“Samsung”un “Galaxy S23 Ultra” modeli 2023-cü ilin birinci rübündə ən yüksək səviyyəli Android smartfonu olub. Eyni zamanda, ən yaxşı smartfonların ümumi siyahısına “Apple”ın dörd “iPhone” modeli başçılıq edir. Birinci yerdə “iPhone 14 Pro Max”, daha sonra isə “iPhone 14 Pro”, “iPhone 14” və “iPhone 13” modelləri gəlir. Siyahıda həmçinin “Galaxy S23” və “S23+”, əvvəlki nəsil “Galaxy S22” və “Galaxy S21 FE”, “Xiaomi 13” və “Huawei Mate 50” modelləri də yer alır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et