Ən yaxşı 10 reklam afişası | Banco.az

Ən yaxşı 10 reklam afişası

Tamara Mustafayeva, Banco.az

İnsanların diqqətini reklamlara yönəltmək ilbəil daha da çətinləşir. Bununla belə, peşəkar marketinq mütəxəssisləri müştərilərin diqqətini cəlb etməyin ən yaxşı yolunun "faydalı olmaq" hesab edildiyini bilirlər. Gəlin müştərilərin diqqətini cəlb edən və eyni zamanda faydalı bir neçə reklam afişasına nəzər salaq.

1. Böyük Britaniyadakı bu stendlər mübahisəli bir məsələni anket sorğusuna çevirərək insanlara siqaretləri yerə tullamamalı olduqlarını xatırladır.

2. Caribou Coffee markası "İsti və Faydalı" mənasını verən "Hot ‘n Wholesome" menyusunun reklamı üçün avtobus dayanacaqlarına isidici mexanizm yerləşdirib.

3. Sprite şirkəti çimərliklərə içki makinası formasında duş kabinaları yerləşdirib.

sprite

4. Pivə istehsalı ilə məşğul olan Carlsberg şirkətinin "ehtimal ki, dünyanın ən yaxşı afişası".

5. Bu sosial reklam velosiped sürməyin havanı necə də təmiz saxladığını canlı formada göstərir.

6. Braun Oral-B diş fırçası hər şeyi təmizləyə bilər.

Ən sərfəli kredit üçün müraciət et

7. COA Gənclər və Ailə Mərkəzləri uşaqlar və valideynləri oyun əsnasında öyrənməyə dəvət edən sosial reklam kampaniyası başladıb.

8. Drybar gözəllik salonu küçələrə isti hava verən fenlər quraşdırıb. Kampaniyanın şüarı isə belədir: "Draybar-dan isti diləklər"

9. Demək olar ki, hamı pulsuz Wi-Fi xidməti təklif etsə də, Kit Kat şirkəti Wi-Fi olmayan yerlər təşkil edir.

Kit Kat reklamlari

10. Stop&Shop supermarketi mobil telefon vasitəsilə alış-veriş imkanı yaradan kataloqlu reklam stendi təşkil edib.

Həmçinin oxu: Açıq hava reklamlarındakı rənglər insanlara hansı mesajı verir?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et