Texnologiya, elm inkişaf etdikcə, biznes də inkişaf etməkdə davam edir. Bu yazıda dünyanın ən varlı ölkə və şəhərləri haqda məlumat verəcəyik. Beləliklə, dünyada biznes dedikdə ilk ağıla gələn ölkə Amerikadır. Beləki, araşdırmalara görə, Amerikanın Nyu York ştatında milyarder adını daşıyan 103 şəxs qeydə alınmışdır.
Reytinqdə ikinci yer Honk-Konqa aiddir. Bu şəhər Çinin ən dinamik şəhərlərindən biri olmaqla yanaşı ən sıx ticarət zonası hesab oluna bilər. Honk Konqda rəsmi qaydada qeydə alınmış 93 varlı şəxs var.
Siyahıda üçüncü yerin sahibi Amerikanın digər ştatı San-Fransiskodur. Burda rəsmi qaydada qeydə alınmış 74 milyarder var.
Beləliklə, varlı insanların sayına görə şəhərlərin reytinq cədvəli aşağıdakı kimidir:
- Nyu York – 103 nəfər
- Honk Konq - 93 nəfər
- San-Fransisko – 74 nəfər
- Moskva – 69 nəfər
- London - 62 nəfər
- Pekin – 57 nəfər
- Sinqapur – 44 nəfər
- Dubay- 40 nəfər
- Mumbay- 39 nəfər
- Şenzen – 39 nəfər
Nəcibə Yusifova, Banco.az